“Mercedes” üç maşına çırpıldı – Yenilənibbackend

“Mercedes” üç maşına çırpıldı – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər sakini 1975-ci il təvəllüdlü Ziya Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edərək idarəetməni itirib və maşın “Hyundai”-a çırpılıb. “Hyundai” isə başqa iki avtomobilə dəyib.

Daha sonra “Mercedes” “Niva” və “VAZ2107” ilə toqquşub. Qəza zamanı “VAZ” yolun kənarında olan iki piyada, 1979-cu il təvəllüdlü Seymur İsmayılov və 1988-ci il təvəllüdlü Mirvari Tağıyevanı vuraraq mağazanın divarına çırpılıb.

Xəsarət alan 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Interpress.az