Tərtərdə 24 yaşlı qız avtomobillə vurulubbackend

Tərtərdə 24 yaşlı qız avtomobillə vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az -nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən \”VAZ 2106\” markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D. Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Xəstəxanadan APA-ya bildirilib ki, D. Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Interpress.az