Orta Şərqdə “Aclıq inqilabı”backend

Orta Şərqdə “Aclıq inqilabı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “dünyabülteni.com”-a istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə, Tunisin Sənaye və ticarət naziri Ziyad əl Azarinin başçılığı ilə görüş keçirilib. Görüşdə region ölkələrinin iqtisadi problemləri müzakirə edilib.

Siyasi analitik İslam Osmanoğlu görüşü belə qiymətləndirib:
“Ərəb birliyinə daxil olan 22 ölkədən 18-də sabitlik və əmin-amanlıq mövcuddur. Lakin, Suriya, Liviya və İraqda yaranan təhditlərə qarşı regionun təhlükəsizliyi üçün profilaktik tədbirlər zəruridir. Suriya və Yəməndəki vətəndaş müharibəsi, Liviyada hakimiyyətsizlik, İraqda bölünmədən sonra yaranan xaos ümumilikdə regiona mənfi istiqamətdə təsir göstərir”.

Analitikin sözlərinə görə, geridə qalmış Asiya ölkələri yeni iqtisadi uğurlar əldə etdiyi halda, Orta Şərq ölkələrində iqtisadi balans qırılma nöqtəsinə qədər çatıb.
Görünüşdə nisbətən qüvvətli olan Misir çox ciddi iqtisadi böhranın astanasındadır. Misiri Körfəz ölkələrindən gələn xarici yardımlar və “paralel iqtisadiyyat” adlanan Misir ordusunun əlindəki iqtisadi gücün ayaqda saxladığını demək olar.

6 milyon nüfuzu olan neft zəngini Liviyada xalq, “zalım və diktator” Qəddafi dövrünü, misirlilər korrupsiya və oğurluqda günahlandırdıqları Mübarəkin hakimiyyətinin son 15 ilini, yəmənlilər köhnə rejimi və suriyalılar ərəb baharından əvvəlki vaxtı şamla axtarır.
Ekspertlər bütün bunları nəzərə alaraq regionda ikinci bir “ Ərəb baharının” və ya “Aclıq inqilabının” baş verə biləcəyinə işarə edirlər.

İnterpress.az