İnfarkt keçirən kişi zəncirvari qəzaya səbəb oldu — VİDEObackend

İnfarkt keçirən kişi zəncirvari qəzaya səbəb oldu — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Region TV-yə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi “Hundai Sonata” markalı avtomobilə çırpılıb. “Hundai” “KİA”-ya, o isə öz növbəsində “VAZ 2105”-ə dəyib.

Daha sonra isə “Mercedes” markalı nəqliyyat vasitəsi “Niva” və “VAZ 2107”-ə dəyib.

Zərbənin təsirindən “VAZ” yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri – 37 yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı “VAZ 2107”-də olan qadın sərnişin də xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.
Faktla bağlı araşdırmalar aparılır.

İnterpress.az