Bu qardaşlar gecələr ölür, səhərlər dirilirlərbackend

Bu qardaşlar gecələr ölür, səhərlər dirilirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda günəşin uşaqları ləqəbi ilə tanınan iki qardaş xəstəlikləri ilə bütün dünyanı şoka salıblar. Şaib Əhməd və Əbdül Rəşid adlı məktəblilər gün ərzində özlərini yaxşı hiss etsə də, günəş batan kimi iflic olurlar.

İnterpress.az atv.az-a istinadən bildirir ki, günəş şüası yerə düşən kimi, yuxudan gümrah və enerji ilə qalxan qardaşlar həmyaşıdları kimi məktəbə gedir, idmanla məşğul olur, ev işlərində valideynlərinə kömək edirlər. Ancaq axşam düşəndə sanki sehrli bir əl onları iflic edir. Günəş çıxanadək təpədən dırnağa iflic olan uşaqlar hərəkət qabiliyyətini itirirlər.

Bəlucistan vilayətində yaşayan azyaşlıların xəstəliyi barədə xəbər yayıldıqdan sonra, əlaqədar qurumlar onların xəstəliyi ilə yaxından maraqlanırlar. İndi \”günəşin uşaqları\” paytaxt İslamabadın ən nüfuzlu xəstəxanasında intentsiv müalicə olunurlar.

Ən dəhşətlisi odur ki, həkimlər hələ də uşaqlardakı müvəqqəti iflicə nəyin səbəb olduğunu tapa bilmirlər. Səbəb yoxdursa, nəticədən də söhbət gedə bilməz. Uşaqların sağalmağı indi ancaq arzu olaraq qalır. Onların da öz arzusu var. Şaib böyüyəndə müəllim olmaq istəyir , Əbdül isə şəriət alimi olmaq niyyətindədir.

İnterpress.az