Kadırov Fondu yüz minlərlə suriyalıya ət paylayacaqbackend

Kadırov Fondu yüz minlərlə suriyalıya ət paylayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

“Fondun vitse-prezidenti Ziyad Sabsabinin bildirdiyinə görə, üç gün ərzində Dəməşqdə və ətrafında, Latakiya, Tartus, Hələb və Livandakı suriyalı qaçqın düşərgələrində yüz minlərlə insana ət paylanılacaq. Bu məqsədlər üçün artıq 2,5 qoyun, 100 dana və 10 dəvə alınıb”, – deyə Kadırov “İnstagram” səhifəsində yazıb.

O qeyd edib ki, yardımın paylaşdırılması üçün Fond 500-dək könüllü ulə əməkdaşlıq edir: “Əhməd Kadırov Fondu – yardımı Hələbə çatdırmış yeganə təşkilatdır”. (apa)

İnterpress.az