Millət vəkili ali məktəblərin köçürülməsindən Danışdıbackend

Millət vəkili ali məktəblərin köçürülməsindən Danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Milli Məclisin elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, ali məktəblərin mərkəzdən kənara köçürülməsi ilə bağlı hələ ki, bir qərar yoxdur:

« Bizim komitəyədə belə bir təklif gəlməyib. Düşünmürəm ki, yaxın gələcəkdə ali məktəblərin yerləri dəyişdirilsin. Bu sadəcə kimlərinsə söhbətləridir. Belə bir qərar olarsa bunun milli məclisə adiyyatı yoxdur. Bu qanunvericlik yox, icra məsələsidir”- deyə millət vəkili əlavə edib.

Xatırladaq ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması ilə bağləı mediada informasiya yayılıb. Deyilənə görə, Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri Qəbələ şəhərinə və mərkəzdən kənara köçürüləcək. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil.

Gülşanə Mustafayeva
İnterpress.az