İsrail və ABŞ-dan rekord razılaşmabackend

İsrail və ABŞ-dan rekord razılaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “milliyet.com”-a istinadən xəbər verir ki, ABŞ və İsrail arasında hərbi yardımla bağlı tərəflər ortaq razılığa gəlib. Bununla bağlı müzakirələr uzun müddət davam edib.
ABŞ İsrailə 38 milyard dollarlıq hərbi yardım göstərəcək , bu qərar on il müddətində fəaliyyətdə olacaq. Bir ildən bəri gedən danışıqlar bu həftə içində rəsmi sənədlə yekunlaşacaq. İsrailin bu yardımdan başqa ABŞ Konqresindən əlavə hərbi yardım tələbi olmayacaq.
İsrail prezidenti Netenyahu, ABŞ-dan hər il üçün 4 milyard 500 min dollar, ümumilikdə isə 38 milyard dollar məbləğində yardım alacaqlarını açıqlayıb.

İnterpress.az