Qadının paltarı atəşə verildibackend

Qadının paltarı atəşə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “xarici mətbuata” istinadən xəbər verir ki, Nyu York Polis Təşkilatı, şəhərin mərkəzində müsəlman qadının üzərindəki paltarı atəşə verən şübhəlinin axtarıldığını bildirib.
Polis Təşkilatından edilən açıqlamada, 11 Sentyabr hücumlarının 15-ci il dönümündən bir gün əvvəl, 10 Sentyabrda Manhattanda 35 yaşında müsəlman qadının paltarının atəşə verildiyi bildirildi.
Qeyd olunur ki, sol qolunda qəflətən yanma hiss edən qadının sözlərinə görə, hadisə zamanı yanında əlində alışqan olan kişi olduğunu görüb.
Adı açıqlanmayan qadının, Şotlandiyadan gələn turist olduğu müəyyən edildi.
Nyu York Polisi, hadisə yerindən qaçan təcavüzkar haqqında \”nifrət günahı\” istintaqı başlatdı.
Amerika-İslam Əlaqələri Şurasından verilən məlumata görə, söz mövzusu olan hadisə qınanaraq, ABŞ-da müsəlmanları hədəf alan hücumların artdığı vurğulandı.
Xatırladaq ki, Nyu Yorkda keçən ay günorta namazını qıldırdıqdan sonra evinə gedən Banqladeş əsilli İmam Maulama Akonje və yanındakı Txara Uddin, tapançayla başlarından vurularaq öldürülmüşdü.
Hadisə yerindən qaçan və qısa müddətdə polis tərəfindən tutulan ispan əsilli qatillikdə şübhəli bilinən 35 yaşlı Oskar Morel, çıxarıldığı məhkəmə tərəfindən \”sui-qəsd\” ittihamı ilə həbs olunmuşdu.

İnterpress.az