Sabiq vitse-prezidentdən Bəhram Bağırzadəyə iradbackend

Sabiq vitse-prezidentdən Bəhram Bağırzadəyə irad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az-ın məlumatına görə, T.Süleymanov komandanın “Qəbələ”yə 0:8 hesabla uduzmasını utancverici adlandırıb: “4,5 ilə 5 titul, 45 dəqiqəyə 5 qol… Özünüzə hörmət edin”.

Keçmiş vitse-prezident “Neftçi”nin müşahidə şurasının üzvü Bəhram Bağırzadəyə də müraciət edib: “Vaxt var idi tədbirlərdə görüşərdik, \”Neftçi\”nin çempionluqları, qazandığı kuboklar, qrup oyunlarından danışardıq. Zaman gələcək yenə ad günlərində, bəlkə \”Neftçi\”nin 80 illiyində görüşəcəyik. Bu dəfə isə 0-8-i müzakirə edəcəyik. Bəhram bəyə böyük hörmətim var… Amma olmaz belə, qardaşım!”

Qeyd edək ki, Topaz Premyer Liqasında IV turda ikinci oyunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” matçdan biabırçı nəticə ilə ayrılıb. O, Roman Qriqorçukun komandasına 0:8 hesabı ilə məğlub olub.

İnterpress.az