“O, bu adamı sevir” – Barak Obamabackend

“O, bu adamı sevir” – Barak Obama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putini, Donald Tramp üçün \”kumir” hesab edir.
Bunu Obama Filadelfiyada öz çıxışında Hillari Klintonu dəstəkləyərkən bildirib.
İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ABŞ prezidentinin narazılığına Trampın RT – tv kanalında müsahibəsi səbəb olub.
Obama Trampın hətta Putinin qarşısında “əzilib-büzüldüyüni”də vurğulayıb.
“Bəziləri ötən həftə Rt kanalında Putinin rəğbətini qazanmaq üçün hərbçilərimizi gözdən saldılar. O bu adamı sevir”- deyə Obama bildirib.
Qeyd olunur ki, ABŞ prezidenti çıxışında seçicilərin respublikaçılar partiyasında nə baş verdiyi haqqında düşünmələrini çağırıb.
O, Rusiyanın avtoritarizminə qarşı çıxış edərək, azadlıq və demokratiya üçün mübarizə aparmağı səsləyib.
Xatırladaq ki, Hillari Klinton seçki kompaniyasında əsas rəqibi Trampın Rusiya ilə münasibətlərinə \”təhlükəli cəhalət\” kimi yanaşmasını qeyd edib.

Tramp və Rusiya

Kampaniya çərçivəsində, Tramp bir neçə açıqlaması ilə demokratlar tərəfindən tənqid atəşinə tutulub.
Tramp bildirib ki, əgər o seçilərsə, nəinki Moskvanın üzərindən sanksiyaların götürülməsinə nail olacaq, həmçinin Krımın Rusiya ərazəsində tanınması üçün addımlar atacaq.
Bundan əlavə milyader seçicilərinə Rusiya ilə münasibətlərin inkişaf edəcəyini də vəd edib.
“Yeri gəlmişkən Putin Obamadan fərqli olaraq daha yaxşı liderdir” – deyə Tramp öz çıxışında bildirib.

İnterpress.az