“İçmişəm, içirəm də” – Nadejda Savçenkodan ETİRAFbackend

“İçmişəm, içirəm də” – Nadejda Savçenkodan ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Nadejda Savçenko “Güçlü ad – Nadya” adlı 300 səhifəlik etiraf xarakterli kitab dərc edib.
Kitabda xanım Savçenko oxuculara həbsdə keçirdiyi həyatından bəhs edib, həmçinin spirtli içki aludəçisi olduğunu etiraf edib.

“Hamıdan çox qəzəblənən hərbçilərin xanımları oldu. Axı o qadındır, o bunu necə bacarır? – deyə səsləndilər. Mən onlara həyatı başa salmaq niyyətində deyiləm. Sadəcə etiraf edirəm, içmişəm, içirəm də. Guya ki, onlar içmirlər? Ərləri Afrikaya pul dalınca gedib, özləri isə burda içərək kef edirlər. Sadəcə çox bacarıqlıdırlar, bunu gizlin şəkildə edib, özlərini hamıdan layiqli aparmağa çalışırlar. Mən təkrar hamıya çatdırıram, hər zaman içəcəm, amma artıq hərbçilərlə yox” – bunu açıqlamasında Savçenko bildirib.

İnterpress.az