Qatarlarda həkim briqadası niyə xidmət göstərmir?-ÖZƏLbackend

Qatarlarda həkim briqadası niyə xidmət göstərmir?-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az – açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N. Əzməmmədov əlavə edib ki, müraciətlər daha çox baş ağrıları, təziqlə bağlı olub:

“Bilirsiz ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşıma departamenti sərnişinlərə tibbi xidmət də göstərir. Ümumilikdə 68 tibb məntəqəsi var. Bununda 52-i stansiylarda yerləşir. Qatar hərəkətdə olanda sərnişinlərin səhhətində problem yaşanarsa bu zaman bələdçiyə məlumat verilir. Bələdçi isə qatar rəisini məlumatlandırır. Qatar rəisi də qarşıdakı stansiyada Təcili Tibbi Yardım çağırır. Əgər sərnişin yoluna davam edə bilirsə tibbi yardım göstərilib yola salınır, müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir”.

Qatarın içərisində hərəkət zamanı niyə həkim briqadası xidmət göstərmir?- sualını şərh edən qrum sözçüsü bildirir ki, tibb bacıları və ya felşer ancaq satansiyalarda fəaliyyət göstərirlər. Ümumiyyətlə nə bizdə, nədə ki MDB ölkərində qatar hərəkətdə olanda həkim biriqadası xidmət göstərmir. Səbəb isə stansiyalar arasında məsafalərin az olması ilə bağlıdır. Məsafə az olduğuna görə həkim briqadasının qatarın içərisində xidmət göstərməsinə ehtiyac olmur. Bu məqamı da diqqətə çatdırım ki, bizim bələdçilər ilkin tibbi yardım göstəmək bilgisinə sahibdirlər. Ehtiyyac olan kimi sərnişinlərə ilkin tibbi yardım göstərirlər”,- deyə N. Əzməmmədov əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az