Səddam Hüseynin son anları – FOTObackend

Səddam Hüseynin son anları – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səddam Hüseynin 2006-ci ilin Qurban Bayramının ertəsi gün sabaha yaxın edam edildiyini xatırlayan muşavir:
\”Səddamın edamı, Amerikalı mühafizəçi tərəfindən İraq hökumətinə təhvil verilməsindən sonra reallaşdı. İraqlı səlahiyyətlilər, edam qərarını tələm-tələsik tətbiq etdi. Keçmiş liderin edam edilənə qədər işlədiyi cinayətlərdən ötəri heç bir peşmanlıq duymadığını dilə gətirən Rübai, belə danışdı: “Səddamı qapıda qarşıladım. Bizimlə bərabər heç bir ABŞ-dan olan xarici vətəndaşlar içəri girmədi. Jaket və ağ köynək geyən Səddam gərgin deyildi, üzərində heç bir qorxu əlaməti yox idi. Bəzi insanlar onun narkotik təsiri altında olduğunu bildirdilər. Bunu da xatırladım ki, izah etdiklərim tarixi həqiqətdir. Səddam, günahkar və qatil idi doğru ancaq sonuna qədər etdiklərinə peşman olmadı. Allahdan bağışlanma diləmək və ya əfv edilmə tələbi eşitmədim. Həmçinin heç bir namaz və ya dua da eşitmədim. Səddamın edam kürsüsünə çıxarılmadan əvvəl əlində Quranı Kərim daşıdığı diqqətimi çəkdi. Daha sonra Səddamı, edam qərarının oxunması üçün hakimin otağına apardım. Qərarı eşidincə \”Amerikaya ölüm\”, \”İsrailə ölüm\”, \”Farsi Atəşpərəstlərə ölüm\” və \”Yaşasın Fələstin\” şüarlarını səsləndirdi. Səddamın ayaqları bir-birinə bağlı idi, bu vəziyyətdə onu mən və yanımdakılar nərdivandan yuxarı çıxarmaq məcburiyyətində qaldıq” – bunu Mofa Rubai bildirdi.

Xatırladaq ki, Səddam Hüseyn 2006-ci ilin Qurban Bayramının səhərisi gün edam edilmişdi.

Səddam Hüseynin son anları - FOTO

Səddam Hüseynin son anları - FOTO

İnterpress.az