Pilot xanımın ölümünün səbəbi bəlli oldubackend

Pilot xanımın ölümünün səbəbi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Dilarə Babayevanın ölümünə səbəb ağır ginekoloji xəstəlik olan preeklampsiyanın və beyinə qansızması olub.

Qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirdilər ki, ölümdə həkim səhvinin olub-olmaması hələ araşdırılmayıb. Həkimin işinin araşdırılması məqsədilə ekspertizanın aparılması Nəsimi rayon Prokurorluğu tərəfindən hələ təyin edilməyib və buna görə də müvafiq komissiya da yaradılmayıb. Həkim işinin araşdırılması bundan sonra təyin ediləcək”.

Xatırladaq ki, D.Babayeva qarpızdan zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayeva DSX-nın ilk qadın pilotu olub.

Gülşanə Mustafayeva
İnterpress.az