Sabah bu ərazilərdə qaz kəsiləcəkbackend

Sabah bu ərazilərdə qaz kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 15-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

İnterpress.az