ABŞ-da məscidi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıbbackend

ABŞ-da məscidi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fort Pirsdəki məsciddə yanğın sentyabrın 12-nə keçən gecə qeydə alınıb.

Yanğınsöndürənlər məsciddəki yanğının qarşısını qısa müddətdə ala bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis dərhal olayı \”yanğın törətməyə cəhd\” kimi dəyərləndirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 32 yaşlı şübhəli şəxs – Cozef Maykl Şrayber saxlanılıb. Onun Orlandoda gey-klubda 49 nəfəri güllələyən Omar Martinin daim sitayiş üçün istifadə etdiyi məsciddə yanğın törətməyə cəhd etməsi 11 sentyabr terror hücumunun ildönümü ilə əlaqələndirilir. (report)

İnterpress.az