Ana qızının dostuna təcavüz etdibackend

Ana qızının dostuna təcavüz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 40 yaşlı, evli və bir uşaq anası Heat Salines qızının 15 yaşındakı dostu və onun əkiz qardaşı ilə intim münasibətə girdiyi üçün, \”uşağa təcavüz\” ittihamı ilə dörd il həbs cəzasına məhkum edilib.
Məsələ, Belmonte məktəbində oxuyan 15 yaşlı şagirdin, 2014-cü ilin mart ayında sinif yoldaşlarına cib telefonundakı çılpaq qadın fotoşəkillərini göstərməsi ilə aşkara çıxır və fotoşəkildəki Salines nəzarətə alınır.
Bundan sonra məhkəmə proseduru başlanır. Uşaq bir dövr qadının qızıyla görüşdüyünü, qadınla bir neçə dəfə tutduqları bir otel otağında intim münasibətdə olduqlarını polisə edib.
Daha sonra Salinesin uşağın əkiz qardaşıyla də seks etdiyi ortaya çıxıb. Prokurorluq, anasını itirən uşağın Salinesi bir ana fiquru olaraq gördüyünü, qadının bu etibarı sui-istifadə etdiyini bidirdi.
Uşaqlardan biri, qadınla cinsi əlaqədə olduğu və daha sonra depressiyaya girdiyini, intihar etmək istədiyini söyləyib.
Uşağa təcavüz, cinsi əlaqəyə sövq və ədəbsiz fotoları uşaqların arasında paylaşmaq kimi ittihamlarla günahlandırılan Salinesə, dörd il həbs cəzası verilib.
Həbs cəzasının ardından üç il nəzarət altında olacaq qadın, 16 yaşından kiçik uşaqların yanına getməmək kimi şərti cəza veriləcək, həmçinin “cinsi zorlamalar” siyahısına alınacaq və biləyinənə nə işlə məşgul olduğunu bildirən elektron qandal salınacaq.

İnterpress.az