İlk spottinq – aviasiya fotoqrafları bir arada – RƏSMİbackend

İlk spottinq – aviasiya fotoqrafları bir arada – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak edib.

Spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-72 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə biliblər”.

Bundan başqa, qrum rəsmisi əlavə edib ki, təşkil olunan ekskursiya çərçivəsində spotterlər Airbus A340-500 təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkiblər:

“Aviasiya spottinqi – təyyarələrin fotoçəkilişi və müşahidəsi – aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər”.

İlk spottinq - aviasiya fotoqrafları bir arada - RƏSMİ

Gülşanə Mustafayeva
İnterpress.az