İngilislər də Avropa ölkələrinə viza ilə gedəcəkbackend

İngilislər də Avropa ölkələrinə viza ilə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “cnnturk.com”-a istinadən xəbər verir ki, Brexit referendumu ilə (Br-Britaniya sözünün ilk hərfləri, exit-ingiliscə, “çıxış”) Avropa İttifaqından çıxan İngiltərəyə Şengen ölkələrinin viza qoyması üçün hazırlıqlar çərçivəsində yeni şərtlər irəli sürülüb.
Brüssel ETİAS ( Aİ Səyahət və Səlahiyyətləndirmə Sistemi) vasitəsi ilə ingilislər ittifaqa üzv olan ölkələrə girişində sabit bir vergi sistemi tətbiq olunacaq. İngilislər internetdən bir anket doldurub, giriş üçün banka təyin olunan məbləği ödəyəcək və beləliklə, Şengen ölkələrinə səyahət edə biləcəklər.
Eyni sistemi 1999-cu il 11 sentyabr tarixindən ABŞ da tətbiq edir. Yəni ABŞ-a səyahət etmək istəyənlər ən azı 72 saat əvvəl internet vasitəsilə bütün şəxsi məlumatlarını daxil etməklə 14 dollar məbləğində vergi ödəyirlər.
Qeyd edək ki, ildə ümumilikdə orta hesabla 30 milyon ingilis Avropa İttifaqı ölkələrinə səyahət edir.

İnterpress.az