7 il meşədə ayı ilə yaşadıbackend

7 il meşədə ayı ilə yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, 7 ildir evindən çıxmış və geri dönməmiş yaşlı kişinin qızı, nəhayət ki, atasına qovuşub.
Hadisə Rusiyanın Uxtinka vilayətində baş verib. Natalya Şaxova atası haqqında informasıyanı Rusiyada yayımlanan bir verilişi izləyərkən eşidir.
Qeyd olunur ki, qoca balıqçılar tərəfindən tapılaraq hüquq mühafizə orqanlarına təqdim edilib.
Sən demə 62 yaşlı Aleksey Anufriyev meşədə artıq 7 ildir ki həyat sürürmüş.
Qızı atası ilə ilk dəfə qarşılaşanda o güclə hərəkət edir, demək olar ki, danışmırdı.
“Atam 10 ildir ki, evdən getmişdi. 3 ilini məlum olmayan yerlərdə məskunlaşıb. Atam öz istəyi ilə evden çıxmışdı. O, evi tərk edəndə heç kimə mane olmaq istəmədiyi söyləmişdi. Hələ də onun bu addımı bizim üçün müəmmalı qalır. Hal-hazırda atamın getmə səbəbini araşdıran, professional psixoloqa ehtiyacımız var. 10 ildir atamın axtarışındaydıq. Səylərimiz nəticəsiz qalmışdı. Təsəsvvür etmirəm ki, o meşədə necə qalırdı. Atamın sözlərinə görə, o hələ keçən il özü üçün qızdırıcı soba tikə bilib. Soyuq qış günlərində atam ayı kimi yuxuya gedirmiş, 8 saat yuxudan oyanmışrmış. Yeri gəlmişkən meşədə atam ayı ilə dostluq edirmiş. İndi o ayı üçün çox darıxır və onun üçün narahatdır”- bunu jurnalistlərə açıqlamasında Natalya Şaxova bildirib.
Hal-hazırda Aleksey həkim və psixoloqlara tərəfindən müalicə olunur.

İnterpress.az