Qəbul planı 97.3% yerinə yetirilib – REKTORbackend

Qəbul planı 97.3% yerinə yetirilib – REKTOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib.

O bildirib ki, universitetdə qəbul olunan 2303 nəfərdən 2269-u sənədlərini təsdiqlədərək ADNSU-nin tələbəsi adını qazanıb:

“ Ötən il 600-dən yuxarı bal toplayan 117 tələbə vardısa bu il onların sayı 165-ə çatıb. Qəbul imthanlarında ölkə üzrə ən yüksək nəticələr göstərmiş tələbələr Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul olublar”.

Qeyd edək ki, yeni tədris ilinin ilk günündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kursa qəbul olunmuş tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, prof M. Babanlı ADNSU-nun tələbəsi adını qazanan gəncləri salamlayaraq onlara gələcək ali təhsillərində uğurlar arzu edib.

Daha sonra, yüksək bal toplayaraq universitetə qəbul olan tələbələrə tələbə biletləri və hədiyyələr təqdim edilib. Universitet üzrə ən yüksək nəticə göstərən 1 nəfər tələbəyə isə xüsusi hədiyyə verilib. Tədbirdə həmçinin ötən tədris ilinin yaz semestr imtahanlarında kurslar üzrə ən yüksək nəticələr göstərən qruplara 1000 azn miqdarında pul mükafatı təqdim olunub. Tədbirin sonunda tələbələr auditoriyalarla dəvət olunub.

Gülşanə Mustafayeva
İnterpress.az