Milli Şuranın qadın funksioneri Gülən şəbəkəsinə necə qoşuldubackend

Milli Şuranın qadın funksioneri Gülən şəbəkəsinə necə qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə.Az saytının Türkiyədəki diplomatik mənbədən əldə etdiyi məlumata görə, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin Gülən şəbəkəsi ilə sıx əlaqələri mövcuddur.

Mənbə bildirib ki, bu əlaqələr uzun müddət öncə yaranıb və hazırda da davam edir:

\”Bu əlaqələr nəticəsində Gülən şəbəkəsi Milli Şuraya dəstək verir. Hətta, son günlər Milli Şuranın mitinqlər təşkil etməsi üçün Gülən şəbəkəsi tərəfindən maliyyə vəsaiti ayrılıb. Bu yaxınlarda Milli Şura ilə Gülən şəbəkəsi arasında “qrant sazişi”nin də imzalandığı güman olunur\”.

Türkiyədəki mənbə həmçinin qeyd edib ki, Gültəkin Hacıbəyli hələ millət vəkili olduğu dövrdən Gülən şəbəkəsi ilə sıx təmasda olub.

O, tez-tez “Çag Öyrətim” işlətmələrinin prezidenti olmuş Ənvər Özərən, indi adı dəyişdirilən “Qafqaz” Universitetinin keçmiş rektoru Ahmet Saniç və digər şəxslərlə mütəmadi görüşlər keçirib, Gülən şəbəkəsinin Azərbaycanda keçirdiyi tədbirlərdə əsas məruzəçilərdən biri olub.

İnterpress.az