Medvedevin 33 milyardlıq malikanəsi – VİDEObackend

Medvedevin 33 milyardlıq malikanəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Söhbət İvanovka şəhərinin yaxınlığında yerləşən (bir kilometrliyində) Milovka malikanəsindən gedir. Bu malikanəyə Medvedyev ailəsinin daimi olaraq gəldiyi, sadəcə 6 metrlik hündürlüyü olan hasarın içindəki malikanənin fotosunun indiyə kimi heç yerdə yayılmadığı bildirilir.

Navalnının bloqunda iqamətgahın havadan çəkilən görüntüləri dərc edilib. Müxalifətçi iddia edir ki, kompleksin sahəsi KİV-in iddia etdiyi kimi 2 hektar deyil, 80 hektardır. Kompleks ərazisində xizək, eləcə də 3 helikopter meydançası yerləşir. Mehmanxana və bir neçə bina Milovka malikanəsinə daxildir. Malikanənin dəyərinin 33 milyard rubl təşkil etdiyi iddia edilir.

FBK-nın iddiasına görə, iqamətgahın tikintisində \”Novatek\” xeyriyyəçi şirkətinin səhmdarlarının böyük rolu olub.

Malikanə daha öncə kompleks kimi fəaliyyət göstərib, 2011-ci ildən sonra ərazi tamamilə fondun səlahiyyətinə verilib. İqamətgah Medvedyevin mülkiyyətində olmasa da, baş nazir daimi olaraq Milovkada dincəlir.
Bildirilir ki, onun İnstaqramda paylaşdığı şəkillərdən də bunu sezmək olar. (musavat)

İnterpress.az