ABŞ-da polis zorakılığının sonuncu qurbanı 13 yaşındadırbackend

ABŞ-da polis zorakılığının sonuncu qurbanı 13 yaşındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet.com”-a istinadən xəbər verir ki, ABŞ-da polis, Tyra King adlı 13 yaşlı uşağa atəş açaraq onu öldürüb. Polis uşağın belindən silah çıxardığını gördüyü üçün özünü müdafiə məqsədilə atəş açdığını deyib. Lakin, uşağın üstündə tapılan silahın oyuncaq olduğu məlum olub.
Polis öz açıqlamasında qeyd edib ki, 3 nəfərin küçədəki insanlardan pul istədiyi və onlardan birinin silah olduğu ilə bağlı bizə informasiya daxil olub. Bölgəyə gedən polis məmurları isə verilən informasiyaya uyğun gələn şəxsləri saxlamaq istəyib. Şübhəlilər polisdən qaçaraq uzaqlaşarkən, onların birinin belindən silah çıxardığını görən polis yeniyetməyə atəş açıb.
Qeyd edək ki, ABŞ-da polis təşkilatları, məmurlarının həyat təhlükəsizliyini qorumaq üçün üzərində odlu silah olduğundan şübhələnilən şəxsləri birbaşa vurmağına icazə verir.

İnterpress.az