Güzəştli mənzillər neçə mərtəbəli olacaq?- RƏSMİbackend

Güzəştli mənzillər neçə mərtəbəli olacaq?- RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az– açıqlamasında Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova deyib

O bildirib ki, güzəştli mənzillərin inşası üçün 11,6 hektar ərazi ayrılıb. Çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması başa çatdırılıb:

“Tikintinin layihə-smeta sənədləri üzərində iş gedir. Bununla yanaşı, ötən qısa müddət ərzində ərazidə geoloji və mühəndis axtarış işlərinin aparılmasına başlanılıb. Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər də alınıb”.

Güzəştli mənzillər neçə mərtəbəli və nə qədər binadan ibarət olacaq? sualını şərh edən qrum rəsmisi əlavə edib ki, bu haqda məlumatlar hələ açıqlanmayıb.

Qeyd edək ki, şəhərcikdə 5 hektara yaxın yaşıllıq zonası salınacaq.

Gülşanə Mustafayeva
İnterpress.az