Əkiz qardaşlar Prezident təqaüdü alacaqbackend

Əkiz qardaşlar Prezident təqaüdü alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a bildirilib ki, rektor Elmar Qasımov əkiz qardaşları qəbul edib, onları bir daha təbrik edib və təhsildə uğurlar arzulayıb.

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş – Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Hər ikisi BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək Ali Məktəbin tələbəsi olub.

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb.

İnterpress.az