Muzdla çalışan işçilərin əmək haqqları artıbbackend

Muzdla çalışan işçilərin əmək haqqları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manat təşkil edib.

Əmək haqqı neft sektorunda 2712,1 manat, qeyri-neft sektorunda 436,5 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 369,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 660,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

İnterpress.az