Qaragilə piroqubackend

Qaragilə piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkərli xəmir üçün:
220 qr un
170 qr kərə yağı
1 ədəd limon
1 çimdik duz
20 qr şəkər tozu

İçlik üçün:
2 st qaragilə
Şəkər tozu, vanil- zövqə görə
1 ç.q. darçın
4 ç.q. qarğıdalı nişastası

Hazırlanması:
Yağ yumurta sarısı, duz, şəkər, limon qabığı blenderdən keçirilir.
Üzərinə az-az un əlavə edilib təkrar blenderdən keçirilir.
Xəmir qida plonkasına bükülüb 1 saatlıq soyuducuya qoyulur.
Qaragilənin üzərinə şəkər, vanil səpilib qaynadılır. Nişasta 15 ml suda açılıb giləmeyvənin üzərinə əlavə edilir.
Odun üstündən götürülür, darçın səpilib soyudulur.
Xəmir iki hissəyə bölünür. Dairəvi şəkildə yayılıb formanın içərisinə salınır. Üzərinə içlik tökülüb digər xəmir hissəsi ilə örtülür.
Piroq 180 dərəcəyədək qızdırılmış sobada 40-55 dəq. bişirilir.

İnterpress.az