Avtobus qəza törətdibackend

Avtobus qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb.

Qəza zamanı 26 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “Nissan” markalı minik avtomobili ilə toqquşlub. Belə ki, yüksək sürətlə hərəkət edən avtobus əvvəlcə avtomobilə, sonra isə piyada nişanına və “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kamerasının yerləşdiyi dirəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə, habelə piyada nişanına və “Təhlükəsiz şəhər”in kamerasına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

Avtobus qəza törətdi

Avtobus qəza törətdi

İnterpress.az