Axşama nə bişirim deyirsənsə – Samsabackend

Axşama nə bişirim deyirsənsə – Samsa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
½ st un
1 ədəd yumurta
200 ml su
100 qr kərə yağı
0,5 ç.q. duz

İçlik üçün:
700 qr quzu qiyməsi
3 ədəd qırmızı baş soğan
100 qr quyruq
Cəfəri
Duz, istiot

Üzəri üçün:
Yumurta sarısı
Ağ və qara küncüt

Hazırlanması:
Su bir qədər isidilir, üzərinə yumurta, duz, yağ əlavə edilir. Yaxşı qarışdırılıb, üzərinə az-az un səpilir.
Xəmir yoğrulur, 3 hissəyə bölünüb 20-30 dəq. saxlanır.
Ətin üzərinə duz, istiot, xırda doğranmış baş soğan, quyruq, cəfəri əlavə olunub qarışdırılır.
Həmir incə şəkildə yayılır, aralarına yağ çəkilərək üst-üstə yığılır.
Rulet şəklində bükülüb, kiçik hissələrə bölünür.
Kiçik xəmir parçaları açılır, üzərinə 1 x.q. içlik qoyulub üçkünc formada bükülür.
Samsanın üzərinə yumurta sarısı çəkilir, küncüt səpilib 200 dərəcəyədək qızdırılmış sobada 40 dəq. bişirilir.

İnterpress.az