“Bütün bunlar cəmiyyətdə çaxnaşma yaratmaq üçün”backend

“Bütün bunlar cəmiyyətdə çaxnaşma yaratmaq üçün”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikri Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə də müxalifətin referendumla bağlı keçirdiyi etiraz aksiyalarına münasibətini İnterpress.az saytı ilə bölüşərkən deyib.

-Fikrinizcə, 11 sentyabr mitinqinin Milli Şura üçün nəticəsi nə oldu?

-Heç bir mitinq heç bir nəticə verə bilməz. Bütün bunlar cəmiyyətdə çaxnaşma yaratmaq üçün yalnız bəzi qüvvələrə lazımdır, ona görə də indiki mitinqlər 1988-90-cı illərdəki kimi bir effektə malik deyil. Bu mitinqin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

-17 və 18 sentyabr tarixlərinə ard-arda aksiyalar planlaşdırılıb, müxalifətin bu aksiyalar keçirməkdə başqa hansı məqsədləri var?

-Onların aksiya keçirməkdə bir məqsədi var- onlara gələn maliyyəni silmək. AXCP, Müsavat kimi partiyalar, eləcə də digər müxalif yönümlü qüvvələr birlikdə meydana cəmi beş minə yaxın insan çıxara bilib. Aksiyanın təşkil edilməsinə isə olsa olsa 5-7 min dollar sərf edilib. Əgər belə mitinqlər olmasa, balalarını xaricdə necə oxutdurarlar, cangüdənlərini necə saxlayarlar, bahalı maşınlarda necə gəzərlər. Həm xaricdən həm daxildən onlara maliyyə dəstəyi olur. Onlar iyirmi ildir işləməyən adamlardır, bəs bu qədər pulu hardan alırlar? Hamısı sürücü saxlayır, cangüdən saxlayır, balalarını xaricdə oxudur. Məntiqlə düşünək, bu pul onlarda hardandır? İstər 17-si olsun, istər 18-i, istər 19-u, istər 20-si bu aksiyaların heç bir mənası yoxdur.

-Xalq onları mitinqə çağıranlara nə qədər etibar edir, yəni xalq onların arxasınca hara qədər gedə bilər?

-Xalq bu aksiyalara yaxşı münasibət bəsləsəydi, on minlərlə insan gələrdi.

-Bəs Konstitusiya ediləcək dəyişiklərlə bağlı nə düşünürsünüz? Bu cür dəyişiklərin edilməzi zəruridirmi?

-Fransa da, Rusiya da, istənilən ölkə öz sərhədləri, öz imkanları daxilində belə dəyişikliklər edir. Vaxtilə SSRİ-dən ayrılan respublikalar meymun kimi Amerikanı yamsılayırdılar. Ancaq düşünmürdülər ki, biri var 250 milyonluq ABŞ özünə prezident seçsin, biri də var 9 milyonluq Azərbaycan xalqı və ya 5 milyonluq türkmən xalqı. Bunlar arasında ciddi fərq var.

Aytək Yusifsoy
İnterpress.az