“Onları öz yerlərinə otuzduracağam”.backend

“Onları öz yerlərinə otuzduracağam”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, 26 sentyabr tarixinə planlaşdarılmış Referendum Aktına etiraz olaraq müxalifətin tədbirlərinə öz fikrini İnterpress.az saytına açıqlayıb.

-Hafiz bəy, necə düşünürsünüz, 11 sentyabr mitinqi Milli Şura üçün gözlənilən nəticəni verdimi?

-Hal-hazırda səhhətimlə bağlı Türkiyədə olduğum üçün mitinq haqqında məlumatları saytlardan alıram, həftənin birinci günü Bakıya qayıdandan sonra bu barədə qəti fikrimi bildirəcəyəm.

-Mitinqdən sonra onun effektindən çox qatılanların sayı müzakirə mövzusu olub, hazırda da bu polemikalar davam edir. Mitinqə ümumilikdə necə siyasi qiymət verirsiniz?

-Bu günə qədər deyirdilər ki, Azərbaycanda demokratiya yoxdur, sərbəst toplaşma hüququ yoxdur. Bu gün cənab prezident İlham Əliyevin səyləri nəticəsində bütün bunlar öz yerini tutub. Mənə elə gəlir ki, onlar şüarlarını düz seçməyiblər. Məsələn biz də, “bahaçılığa son”, “məmurların dövlət başçısını aldatmasın” şüarları ilə öz mövqeyimizi bildirmək üçün müəyyən addımlar atacağıq.

-Bəzi iddialara görə müxalifət aksiyalarının arxasında xarici qüvvələr dayanır, siz necə düşünürsünüz? Bu aksiyaların gizli dəstəkçiləri varmı, varsa kimlərdir?

-Bu gün Azərbaycanda olan aksiyaları hakimiyyətin içindən olanlar təşkil edirlər ki, prezidentimizə təzyiq göstərib, onu islahatlardan çəkindirsinlər. Bunlar hakimiyyətin içində olan bəzi qruplardır, mən bu hadisələrlə bağlı iki ay qabaq danışmışdım. Yadınızdadırsa, birinci devolvasiyadan sonra da rayonlarda mitinqlər oldu, burada müxalifət yox idi, onlar hakimiyyətin öz daxilindəki qüvvələr idi. Onlar istəyirdikilər ki, ölkədə islahatlar olmasın. Bir neçə məmur var ki, Azərbaycanda özlərini fövqəl səlahiyyətli hesab edirlər. Onların əlində milyardlar var və onlar istəmir ki, bu pullar əllərindən çıxsın, belə addımlarla prezidentin fikrini yayındırmağa çalışırlar. Mən istəyərdim ki, prezident öz ətrafına nəzər salsın, hamısı onu aldadır, yalan danışır. Bütün bunlar təhlilə ehtiyacı olan məsələlərdir. Onlar xaricə ölkələrə çox ciddi məlumat sızdırırlar. Bütün bunlar hakimiyyətin öz içində planlaşdırılan hadisələrdir ki, prezident dəyişikliklərə getməsin, kadr siyasəti aparmasın. Mitinq məsələsinə gəldikdə isə bu aksiyalardan qorxmağa dəyməz, elə bir faciəli bir şey yoxdu. Qoy bütün dünya görsün ki, Azərbaycanda mitinqlər keçirilir, ölkədə sərbəst toplaşma hüququ var, hamı öz sözünü deyə bilir.

– Əli Kərimli çıxışı zamanı 17 sentyabra aksiya təyin edib, sizcə bu addımda onun məqsədi nə idi?

-Əli Kərimlinin 17 sentyabra mitinq təşkil etməsi ilə bağlı isə onu deyə bilərəm ki, ola bilsin ana müxalifəti öz ardınca aparmaq istəyir. Ortada böyük pullar var, hakimiyyətin içindəki qruplar belə məsələlərlə diqqəti yayındırmağa çalışırlar ki, rahat öz eyş-işrətlərində olsunlar. Nazirlər bu mitinqlərə maliyyə dəstəyi verir, prezidentə xəyanət edirlər. Amma onlar bilməlidir ki, İlham Əliyevin Hafiz Hacıyev kimi qardaşı var. İndi səhhətimlə bağlı bir az başım qarşıbdı, hər halda qayıdacağam, ölməsək qalsaq, onların qarşısında duruş gətirib onları öz yerlərinə otuzduracağam. Bu ideoloji müharibədə mən həmişə qardaşımın yanındayam.

Aytək Yusifsoy
İnterpress.az