Seks videosu yayılan qadın intihar etdi – VİDEObackend

Seks videosu yayılan qadın intihar etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İtalyada Tiziana kimi tanınan 31 yaşlı qadının internetdə intim görüntüləri yayılıb.
Məlumata görə görüntünü qadının keçmiş sevgilisi üç nəfər dostuna göndərib və bundan sonra da görüntü internetə düşüb.
Qadının intim görüntüsündən ibarət olan videonu 1 milyondan çox şəxs izləyib. İntim görüntüləri yayılan Tiziana baş verənlərdən sonra işdən çıxıb, Toskana bölgəsinə köçüb.
Utandığından adını da dəyişdirməyə məcbur qalıb. Lakin qadının hər gün poçt-qutusuna, telefonuna “Bravo”, “Sən mükəmməlsən” “İndi nə işlə məşğulsan” kimi sms-lər gəlməkdə davam edib. Bütün bu baş verənlərdən sonra qadının psixoloji durumu həddindən artıq pozulub.
İş o yerə çatmışdı ki, məşhur italyan futbolçu, 35 yaşlı Paolo Kannavaro və 33 yaşlı Antonio Flore Flores də Tisiananı \”məşhurlaşdıran\” videoya sataşmışdılar.
Hər gün yaşadığı stress və üzüntü onun bibisinin evində intihar etməsi ilə nəticələnib.
Görüntülərin Facebook, WhatsApp və digər ictimai media platformalarında yayılmasından yarım il sonra prokurorlar, Tiziananın ölümüylə əlaqədar istintaqa başlayıb.
Hadisə ilə bağlı dörd nəfər şübhəli şəxs saxlanılıb.

İnterpress.az