Hadisə bu gün saat 17.00 radələrində rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Üç minik avtomobilinin toqquşması nəticəsində həmin nəqliyyat vasitələrində olan beş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırmalara başlanıb. (apa)
İnterpress.az