Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ceyhun Məmməd oğlu Həşimov yaşadığı əzevin həyətində yerləşən emalatxanada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)
İnterpress.az