“Fərhundə 27 yaşında bir əfqan qadını idi”…backend

“Fərhundə 27 yaşında bir əfqan qadını idi”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üstəlik o insanların içində bu vəhşiliyin hər saniyəsini videoya çəkənlər var idi. İbrəti-aləm üçün bütün dünya görsün və qorxsun deyə. Ürəyi tab gətirənlər Youtubedan olduğu kimi izləyə bilər.
Bəs, nə etmişdi Fərhundə?
O, bir molladan pislikləri qovmaq üçün tilsim alan qadınları “bunlara puıl verməyin”, “bunların İslamda yeri yoxdur” deyə xəbərdar etmişdi sadəcə. Uşağı olmayan, xəstəliklərindən xilas olmaq istəyən yazıq insanların kağız parçalarından mədət ummasını doğru hesab etmirdi. Bunu gedib o məscidin qarşısında o “din satıcısı” ilə mübahisə etmək cəsarətini göstərmişdi Fərhundə. Bədəlini öz canı ilə ödəyəcəyi o etirazını sərgiləmişdi.
Öz cibini doldurmaq üçün balaca kağız parçalarına dua yazıb insanlara dərman kimi satan o mollanın bir qadının cürəti qarşısında təccüblənərək “Bu qadın Quranı yandırdı” iftirası ilə hər yeri vəlvələyə salacağını və bunun nəticəsində oraya toplaşan bir qrup tərəfindən vəhşicə öldürüləcəyini bilə bilərmiydi? “Mən müsəlmanam, müsəlmanlar Quran yandırmaz” deyə fəryad elədi, ama heç kəs dinləmədi. Bu vəhşiliyi dayandırmaq üçün polisdən yardım istədi, ətrafdakı bir qrup doğru-düzgün insanın polisdən aldığı cavab isə belə idi, boş verin bu da İslam düşmənlərinə ibrət olsun. O öldürülərkən, bədəni paramparça edilərkən eləcə gözlədi polislər.
Sonra atasına zəng etdilər. Gəl, qızın bir “günah” eləyib götür apar dedilər. Bir din satıcısının saxtakarlığını üzünə vurmaqdan daha böyük bir “günah” ola bilərdimi? Onun haqqında bir sürü yalan uydurdular. Ruhi xəstə olan bir qadın “Quran” yandırdı dedilər. Ancaq onun istədiyi xurafatdan və saxtakarlıqdan təmizlənmiş bir din idi və bunu dilə gətirmə cəsarətini özündə tapmışdı, bu qədər.
Amma gözlədikləri kimi olmadı. Fərhundənin parçalanmış və yandırılmış bədəni minlərcə Əfqan qadının nifrət selinə çevrildi. Yüz illərdir davam edən kişi düzəninə, alınmağa, satılmağa, təcavüzə uğramağa və təhqir edilməyə qarşı Fərhundənin ölü bədənində həyat tapan nifrət selinə. Qadınları həyatdan silən, zindanlara həbs edən o molla quruluşuna inad Fərhundənin cənazəsi minlərcə qadının kürəyində daşındı. O qızı yetişdirən ata istədikləri kimi qızından utanmadı, onu lənətləmədi. Ailəsinin soyadını Fərhundə olaraq dəyişdirdi.
Hadisənin ardından həm Əfqanıstanda həm də bütün dünyada etirazlar böyüdü. Əfqanıstanda aparılan instintaq nəticəsində 26 nəfər saxlanıldı, 13 polis işdən azad edildi. Arxası gələcəkmi, günahkar olanlar həqiqətən ədalət qarşısında cavab verərmi, bilinməz.

“Fərhundə 27 yaşında bir əfqan qadını idi"...

“Fərhundə 27 yaşında bir əfqan qadını idi"...

“Fərhundə 27 yaşında bir əfqan qadını idi"...

İnterpress.az