Lavrov: “Türkiyə, Əsəd mövzusunda yumşalıb”backend

Lavrov: “Türkiyə, Əsəd mövzusunda yumşalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet\”ə istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirlərinin toplantısından sonra açıqlama edən Lavrov bildirib ki, Türkiyə Suriyadakı terroristlərin öz milli mənafeyi üçün də təhlükə olduğunu anlayıb.
Sergey Lavrov çıxışı zamanı bildirib: “Hal hazırda Türkiyə ilə münasibətlərimiz yaxşılaşır. Türkiyə artıq terror təhlükəsinin öz beynəlxalq təhlükəsizliyinə təsir edən bir faktor olduğunu anlamağa başlayıb. Türkiyə və bir çox ölkə Suriya ilə əlaqədar ultimatum vermə məsələsində elastiklik göstərməyə başlayır”
Suriya böhranının həlli nöqtəsində bir neçə ölkənin Əsada qarşı münasibətini dilə gətirən Lavrov həmçinin əlavə edib ki, Əsəd sabah gedəcək, biz ancaq ondan sonra Suriyanın gələcəyi haqqında danışmağa başlayarıq şəklindəki iddialar artıq yoxdur.

İnterpress.az