İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, Suriyanın Dəyrizor şəhərində ABŞ-ın Suriya ordusunun hərbi bazasına hücum etməsi ilə bağlı İran Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Açıqlamada bu sözlər xüsusilə vurğulanıb: “Bu hücüm, ABŞ-ın İŞİD-i dəstəklədiyini göstərmiş oldu” Nazirliyin mətbuat katibi Bəhram Qasıminin imzası ilə verilən açıqlamada həmçinin yazılıb: “ABŞ-n təşkil etdiyi əməliyyatın İŞİD-in bu hərbi bazaya hücum etməsi ilə eyni zamana təsadüf etməsi, terror təşkilatının ABŞ-dan dəstək aldığını göstərir.
İnterpress.az