“Özbəkistanda sabitlik bəhanəsi altında avtoritar rejim hökm sürür”backend

“Özbəkistanda sabitlik bəhanəsi altında avtoritar rejim hökm sürür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özbəkistan Prezidenti İslam Kərimov dünyasını dəyişəndən sonra vətəndaşlarda bir ümid vardı, hamı düşünürdü ki, Daşkəntdə təqaüd artırılacaq, demokratiya inkişaf edəcək, insan hüquqları və azadlıq qorunacaq, Konstitusiyada dəyişikliklər olacaq, lakin hər şey əksinə oldu. İslam Kərimovun yerini tutan Şavkat Mirziyayev bütün arzuları talan etdi.” İnterpress.az xəbər verir ki, bunu Tacikistan Sosial Demokrat Partiyasının lideri Şokirjon Nakimov bildirib.
Siyasətçinin fikrincə 3 ay müddətinə prezidenti əvəz edən səxs Mirziyayev olmamalı idi. Ekspertin fikrincə Özbəkistanda 4 dekabrda keçiriləcək prezident seçkilərində saxtakarlığa yol veriləcək.
“Oranın yeri artıq dolub, prezident Şavkat Mirziyayev olacaq. Namizədliyi irəli sürmüş digər səxslər özlərini heç yormasın. Hamiya məlumdur ki, Özbəkistanda hər zamanki kimi avtoritar rejim tüqyan edir\”- deyə siyasətçi əsəbi halda açıqlamasına yekun vurub.

İnterpress.az