Nyu Yorkda türk iş adamı öldürülübbackend

Nyu Yorkda türk iş adamı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet.com”-a istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton şəhərində yaşayan Kayhan Som keçən həftə evinə qayıdan zaman tualet ehtiyacını ödəmək məqsədilə yaşadığı məhlədə sürücüsünə maşını dayandırmağı tapşırıb.
Kayhan Som fiziki təlabatını ödəmək üçün tanımadığı bir həyətə girib.
Evin sahibi həyətində yad insan görüb iş adamı ilə münaqişə edib.
Münaqişə zamanı xəsarət alan Kayhan üzündə yara izlərinin olduğunu görüb, geri qayıdıb.
Onu təkrar həyətində görən amerikalı qonşusu beyzbol sopası ilə Somun başına zərbə endirib.
Bir həftə komada qalan Kayhan Som həyatını itirib. Onun qatili isə pul cəzası ödəyərək məhkəməyə qədər sərbəst buraxılıb.
Qeyd edək ki, 30 ildir ABŞ-da yaşayan Kayhan Som xeyirxahlığı ilə tanınırdı. İş adamının 8 yaşında bir övladı var.

İnterpress.az