İnterpress.az “Haberturk.com”-a istinadən xəbər verir ki, beynəlxalq yardım və insan hüquqları qurumları tərəfindən ingilis parlamenti qarşısında maraqlı aksiya keçirilib. ABŞ-ın Nyu-York şəhərində həyata keçirilməsi planlaşdırılan BMT-nin toplantısından əvvəl meydana 625-i uşaq üçün olmaqla 2 min 500 ədəd canqurtaran jiletlər sərilib.
Bununla aksiya iştirakçıları 2015-ci il yanvar ayından keçən aya qədər 6 min 940 nəfərin Avropaya çatmağa çalışdığı zaman boğulduğunu və ya itdiyini vurğulayıblar.
İnterpress.az