İnterpress.az \”Qazeta Ru” ya istinadən xəbər verir ki, maliyyə yardımının ortaya çıxması ölkədə və partiya içində böyük mübahisəyə səbəb olub.
Qeyd olunur ki, oktyabr ayında hədiyyənin verildiyi dövrlərdə, Klinton, özünə milli siyasətdə kimləri bəyəndiyi ilə əlaqədar verilən suala, Almaniya kansleri Merkelin \”böyük\” siyasətçilərdən biri olduğunu söyləmişdi. Klinton təyyarəsində etdiyi şərhdə qeyd etmişdi: \”Angela Merkel mənim seçilmişlərimdən biridir, çünki bütün dünya və xüsusilə ölkəmiz üçün açıq nəticələri olan Avropadakı çətin zamanlarda fövqəladə və güclü bir liderlik etdiyini düşünürəm. Gələcəkdə onunla birlikdə çalışa biləcəyimizə ümid edirəm\”.
Vəqfin yardımçı siyahısına görə, pul köçürmə əməliyyatını Almaniya Ekologiya Nazirliyinin reallaşdırdığı məlum olub. Alman nazir isə hədiyyənin seçki ilə əlaqəli olması iddialarını rədd edib. Pul köçürülməsi iddiası qəbul edilsə də, hədiyyənin \”Beynəlxalq İqlim Qoruma Təşəbbüsü (ICI) çərçivəsində\” edildiyi müdafiə olunub. Angela Merkelin partiyası Xristian Demokrat Birliyi Partiyası (CDU) millət vəkili Vera Lengsfeld, ortada cavablandırılması lazım olan ciddi suallar olduğunu qeyd edib. Lengsfeld, fərdi internet saytında, \”Niyə federal bir nazirlik, ABŞ seçkilərində namizəd olan birisinin kampaniyasını dəstəkləyir?\” sualını verərək, \”Elə görünür ki, alman vergi ödəyiciləri, fərqində olmadan Klintonun seçki kampaniyasına ianə etmək məcburiyyətində qaldılar\”- deyə, bu sualın cavabını verib.
İnterpress.az