Gülnarə Kərimova ilə bağlı Yenilikbackend

Gülnarə Kərimova ilə bağlı Yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu BBC radiosuna müsahibəsində Gülnarə Kərimovanın oğlu İslam Kərimov söyləyib. Onun sözlərinə görə, Kərimova Daşkənddə Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında saxlanılır:

“Özbəkistan hökuməti anamın oxşarını tapıb. Onlar həmin şəxsi avtomobildə əyləşdirərək, şəhərdə gəzdirirlər və bununla insanlara Gülnarənin azadlıqda olduğunu göstərmək istəyirlər. Anamla bağlı heç bir məhkəmə keçirilməyib. Hətta onun dostları və həmkarlarını vəkillərin iştirakı olmadan cəzalandırıblar. Bacım İman Kərimovanı isə onlar Daşkənd otellərinin birində saxlayırlar. İman anamla yalnız ayda bir dəfə görüşə bilər. Anamın Tvitterdə heç bir hesabı yoxdur. Bunların hamısı yalandır”.

Xatırladaq ki, bir müddət öndə Gülnarə Kərimovanın ölüm xəbəri yayılmışdı. Bu xəbərin ardınca G.Kərimovaya məxsus sosial şəbəkədəki hesabdan bir neçə il əvvələ aid fotolar montaj edilərək, yayılmağa başladı. Bu fakt onun ölümü barədə ehtimalları gücləndirsə də, oğlu şayiələri təkzib etdi və anasının sağ olduğunu açıqladı.

İnterpress.az