Stiven Hokinq xəstəxanaya yerləşdirildibackend

Stiven Hokinq xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, “Ponfical” Elmlər Akademiyasının konfransında mühazirə oxumaq üçün gedən alimin səhəti qəfil pisləşib. O, dərhal “Gemelli” xəstəxanasına aparılıb.

Xəstəxanadan Stiven Hokinqin həyatı təhlükəsinin olmadığı, sağlamlıq vəziyyətinin həkimlər tərəfindən daim nəzarət olunduğunu bildiriblər.

Qeyd edək ki, 1942-ci ildə Böyük Britaniyanın Oksford şəhərində anadan olan Stiven Hokinq kvant fizikası və qara dəliklərlə bağlı araşdırmaları ilə tanınır. Elmi tədqiqatları 40-dan çox dilə tərcümə edilən Hokinq məşhur alim Albert Eynşteyndən sonrakı ən böyük dahi hesab olunur.

İnterpress.az