Polislər prodüseri döydü: “Rəisin mənə borcu var idi…”backend

Polislər prodüseri döydü: “Rəisin mənə borcu var idi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə PostNews.Az-a onun özü məlumat verib. O bildirib ki, hadisə dünən təxminən saat 23:00 radələrində baş verib: \”Gədəbəy rayon Polis İdarəsinin rəisi polis polkovniki Quliyev Məhərrəm Təmraz oğlunun oğlu, Nizami rayonu 23-cü polis bölməsinin əməliyyat müvəkkili Quliyev Fərman işlə bağlı mənə 5200 AZN məbləğində pul borcludur.

Borcla bağlı 3 gündür ki, hər dəfə bu gün-sabah deyə-deyə borcu qaytarmır. Nəhayət, dünən gecə saatlarında Yasamal rayonu \”Qələbə” dairəsində görüşdük. Fərman Quliyev görüşə tək deyil, Nərimanov rayon Polis İdarəsinin əməkdaşı \”Maqa” deyə, çağırdığı şəxslə gəlmişdi. Fərman söhbət zamanı məni təhqir etdi. Yanındakı şəxslə birlikdə mənə qarşı zor tətbiq edərək, barmağımı sındırdılar. Başımdan, bədənimdən ağır zərbələr vurdular. Al-qan içində özümü tez Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırdım.

Həkimlər ilkin tibbi yardım etdilər və evə göndərdilər. Hazırda evdə ağır vəziyyətdəyəm.”

S.Xattab onu da vurğulayıb ki, hadisə ilə bağlı 102 xidmətinə müraciət edib: \”İnşallah, DİN əməkdaşları məsələyə ədalətli yanaşar”.

Polislər prodüseri döydü: “Rəisin mənə borcu var idi...”

İnterpress.az