Depressiyadan qorunun – bu qidaları yeyinbackend

Depressiyadan qorunun – bu qidaları yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxları isə çıxış yolunu antidepressantlarda görür. Lakin insanlar antidepressant təsiri olan qidalardan xəbərsizdir. Aile.lent.az antidepressant təsiri olan qidalarla sizi tanış edir.

Pomidor: Tərkibi bol miqdarda A vitamini ilə zəngindir. Eyni zamanda çox miqdarda likopen ehtiva edən pomidor bədəndə antioksidant təsiri yaradar və depressiyanın öhdəsindən gəlir.

Depressiyadan qorunun - bu qidaları yeyin

Balıq: Həm ləzzətli, həm də sağlamlığınız baxımından faydalı olan balığın tərkibində bol miqdarda Omeqa-3 var. Omeqa-3 depressiyanın inkişafına mane olur və eyni zamanda insanın immunitet sistemini gücləndirir.

Depressiyadan qorunun - bu qidaları yeyin

Bəhməz: Bəhməz bol miqdarda dəmir və kalium mineralı ehtiva edir. Bu minerallar depressiya ilə mübarizə aparır və lazım olan enerji istehsalına qatqı təmin edir.

Depressiyadan qorunun - bu qidaları yeyin

Süd və qatıq: Süd və qatığın tərkibindəki probiotiks maddələr bağırsaqlar üzərində əhəmiyyətli təsirə malikdir. Bağırsaqların nizamlı fəaliyyəti üçün bədəndə müsbət təsirlər yaradır. Nizamlı olaraq süd və qatıq yemək depressiya riskiniz tamamilə yox edir.

Depressiyadan qorunun - bu qidaları yeyin

İspanaq: Bədənə enerji vermək üçün gün ərzində bol miqdarda zülala ehtiyac var. İspanaq da eyni zamanda bol lif və zülal ehtiva edir. Bununla yanaşı, ispanağın tərkibində olan fol turşusu seratonin hormonunun ifraz olunmasına kömək edir. Beləliklə də, ispanaq yemək depressiya riskini minimuma endirir.

Depressiyadan qorunun - bu qidaları yeyin

Zərdəçal: Zərdəçal da seratonin qaynağı qidalar qrupuna aiddir. Balla qarışdırıb yedikdə həm mikrobik xəstəliklərin qarşısını alır, həm də depressiya riskini azaldır.

Depressiyadan qorunun - bu qidaları yeyin

İnterpress.az