Hamiləliklərinin ilk aylarında olan, amma, bunu bildirmək istəməyən qadınlar, alkoqollu içki təklifini rədd etdikdə səbəb kimi antibiotik istifadə etdiklərini göstərirlər.
Bəs, həqiqətənmi antibiotik müalicəsi alarkən, alkoqoldan uzaq durmaq gərəkdir?
Bəziləri spirtin, antibiotikin təsirini azaldacağına, bəziləri isə əks təsiri olacağına inanır.
Halbuki, bir çox antibiotik üçün bunların heç biri doğru deyil. Həkimlərin qorxusu isə, bu yanlış inanclara görə xəstələrin bir badə şəraba görə dərmanlarının vaxtında qəbul etmək lazım olan zaman qəbul etməmələridir.
Antibiotik qəbul edərkən, hər dozanı vaxtında qəbul etmək vacibdir. Bu səbəbdən, insanların bir dozanı keçirmələrinə səbəb olan hər şey, ciddi bir problem vəziyyətinə gələn antibiotik müqavimətinə daha da pis təsir edir.
Alkoqolla qəbul olunmayan antibiotiklər
Əslində, həkimlərin müəyyənləşdirdiyi ən geniş yayılmış antibiotiklərin çoxuna alkoqol təsir etmir. Lakin, bəzi istisnalar var.
Əsasən, dəri, sümük, sidik yolları və alt tənəffüs yolları infeksiyalarında istifadə edilən və təsir maddəsi cephalosproin sefotetan olan antibiotiklər, alkoqolun sovrulmasını yavaşladaraq, acetaldehyde adı verilən maddənin bədəndə artmasına səbəb olur. Bu isə, ürəkbulanma, qusma, üzdə qızartı, baş ağrısı, nəfəs çatışmazlığı və sinə ağrısı kimi şikayətlərə yol açır.
Ümumiyyətlə alkoqol asılılığı müalicəsində istifadə edilən Antabus/Antabuse adlı dərmanın təsir maddəsi olan disulfiram istifadəsində də, oxşar simptomlar müşahidə olunur.
Dərmanın məqsədi, alkoqol qəbulunda xoş olmayan yan təsirlər yaradaraq, çaşdırıcı olmaqdır. Simptomlar o dərəcədə pisdir ki, bu antibiotiklərin qəbulu zamanı və bir neçə gün sonra spirtli içkilərdən uzaq durmaq önəmlidir.
Alkoqolla qəbul olunmaması lazım olan digər bir antibiotik də metronidazole-dur.
Diş absesləri, iltihablı ayaq xoraları və yataq yaralarının müalicəsində istifadə olunan bu dərmanla birlikdə alkoqol qəbulu, bənzər yan təsirlərə yol açır. Amma, beş gün ərzində adıçəkilən dərmandan istifadə edən finlandiyalı kişilər arasında 2003-cü ildə aparılan bir araşdırmada, bu görünməyib və alkoqol qəbulu hər hansı bir yan təsir yol açmayıb.
Ancaq, araşdırmanı aparanlar, bəzi insanlarda yan təsir ehtimalının hələ mümkünlüyünü və bu dərman qəbul edildiyi halda, alkoqoldan uzaq durmağa ehtiyac olduğunu qənaətindədirlər.
Tinidazole, linezolid və erythromycin tərkibli antibiotiklərin istifadəsi zamanı alkoqol qəbulunda ortaya çıxan yan təsirlər son dərəcə çox olduğundan, həkimlər bu barədə xüsusi xəbərdarlıq edirlər.
Müxtəlif nəzəriyyələr
Bir çox antibiotiklər isə alkoqolla qəbul edilər bilər. Ancaq, dərmanı istifadə edərək sağalmağa çalışarkən, yüksək dərəcədə spirtli içki qəbul edib sərxoş olmağın bir xeyri olmaz. Məsələ, alkoqolun dərmanla tərs qarşılığında deyil, bədəni yorması və su itkisinə səbəb olmasındadır.
Spirtin antibiotik üzərində əks təsiri hökmünün yaranmasında iki şeyin faktor olduğu düşünülür. Birincisi, antibiotiklər daha çox cinsi əlaqə yolu ilə keçən xəstəliklərin müalicəsində istifadə olunduğu üçün, həkimlərin keçmişdə xəstələri ən sevdikləri şey olan alkoqoldan məhrum edərək, cəzalandırdıqları düşüncəsi.
İkincisi isə Londondakı bir klinika tədqiqatında ortaya çıxan bir hekayədir. Tədqiqatı aparan James Bingham, İkinci Dünya Müharibəsi zamanı Şimali Afrikada yaralı əsgərlərdə penisillin istifadəsinə başlayan general-mayor Ian Fraser ilə söhbət edir.
Fraser, həmin dövrdə penisillin qıtlığı ucbatından dərman bir dəfə istifadə olunduqdan sonra, onu qəbul edən şəxsin sidiyindən təkrar bərpa edilərək yenidən istifadəsini bildirir.
Yaxşılaşmaqda olan əsgərlərə pivə içmək icazəsi verilir. Lakin, pivə sidik miqdarını artırdığına görə, penisillini yenidən istifadə edə bilmək çətinləşir və bu səbəblə komandirlər pivə içməyi qadağan edirlər.
Bu günkü yanlış qavramın əsasında, bu hekayənin yatıb-yatmadığını bilmirik, amma, bunun maraqlı bir hekayə olduğu dəqiqdir. Miflərə son qoymaq üçün hər iki tərəfi, kəskin bir qılınc kimidir.
Antibiotik müalicəsi alanlar spirtə yox deyə bilmirlərsə, antibiotikə müqavimətin yayılmasına qarşı, bu dərmanın qəbulu zamanı alkoqoldan uzaq durulmasını tövsiyə etmək yerinə düşər.
Fəqət, ictimaiyyətin bu mövzu ilə əlaqədar məlumatlandırılması da vacibdir.
Bu halda, hamiləliklərinin ilk aylarında gözəl xəbəri elan etmək istəyən qadınlar gələcəkdə, alkoqol təklifinə \”antibiotik istifadə edirəm\” ifadəsindən başqa bir bəhanə tapmaq məcburiyyətində qalacaqlar. (bbc)
İnterpress.az