Onun sağlamlığımıza da möcüzəvi faydaları var. Tərkibində maqnezium, kalium, A və C vitamini var.
Yeməklərin vazkeçilməz ədviyyatı olan qara istiotun sağlamlığa faydaları bunlardır:
Antibiotiki əvəz edir
Qrip və soyuqdəymə kimi xəstəliklər zamanı antibiotiklərə, müxtəlif dərmanlara müraciət edirik. Lakin bunun əvəzinə yediyimiz şorbaların və ya bitki çaylarının içinə az miqdarda qara istiot qataraq immunitet sistemini gücləndirmək olar. C vitamini baxımından zəngin olduğu üçün xəstəliyi rahat şəkildə sovuşdurma gücünə malikdir.
Kəpək problemini müalicə edir
Saç dərisində kəpək probleminin öhdəsindən qara istiot və limon yağını qarışdıraraq gələ bilərsiniz. Beləliklə, saçlarınız həm güclü və parlaq görünəcək, həm də kəpək problemindən xilas olacaqsınız.
İnterpress.az