Tərkib:
300 qr toyuq filesi
2 ədəd yumurta
1 dəstə ispanaq
200 qr suxarı
1 x.q. mayonez
30 qr badam ləpəsi
½ ədəd limon
Bitki yağı
Duz, istiot
Hazırlanması:
Badam üyüdülür.
Toyuq filesi ətçəkən maşından keçirilir.
Farşın üzərinə mayonez, badam, duz və istiot əlavə edilib qarışdırılır.
Qarışıq 35 dəqiqə soyuducuda saxlanır.
1 ədəd yumurta suda bişirilir.
İspanaq qaynar suya salınıb çıxarılır, üzərinə limon suyu sıxılır.
İspanaq bütöv yumurtaya sarılır.
Farş yayılır, içərisinə ispanağa sarılmış yumurta yerləşdirilib küftələr tutulur.
1 ədəd yumurta çırpılır.
Küftə çırpılmış yumurtaya, sonra suxarıya batırılır.
Proses bir daha təkrarlanır.
Küftələr bol yağda qızardılıb süfrəyə verilir.
İnterpress.az